Close

Kıvanç tarixi serialda rol alacaq

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ Osmanlı tarixçisi Şakir Paşanın ailəsindən bəhs edən “Şakir Paşa Ailesi: Mucizeler ve skandallar” serialında oynayacaq.

TNS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, seriala 5-ci bölümdə qonaq aktyor kimi daxil olacaq.

Aktyor Meryem Üzerlinin canlandırdığı “Rozalia”nın sevgilisi obrazında çıxış edəcək.

Xatırladaq ki, ötən ay serialın çəkildiyi məkanda yanğın baş verdiyi üçün çəkilişlərə bir müddət fasilə verilmişdi.