Fərdi Tayfurun heyrətamiz mirası
79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Fərdi Tayfurun miras qoyduğu sərvətin həcmi ilə bağlı söz-söhbətlər gündəmdən düşmür.
Bu barədə TNS Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Fərdi Tayfur özündən sonra 86 mənzil, yeddi villa, Marmarisdə bir yarımada və bir çox daşınmaz əmlak miras qoyub. Onun İstanbul və Adanadakı mənzilləri, Türkiyə sərhədləri daxilindəki torpaq sahələri və həyata keçirdiyi işlərdən əldə etdiyi gəlirlər də daxil olmaqla, təxminən üç milyard lirəlik sərvətə sahib olduğu düşünülür. Bu məbləğin isə Tayfurun müxtəlif münasibətlərindən dünyaya gələn beş övladı arasında bölünəcəyi bildirilir. Bu hesablamaya görə, bu sərvətdən hər uşağa 600 milyon lirə pay düşəcək.
Qeyd edilir ki, Fərdi Tayfur Marmarisdə yaşadığı yer üçün həmişə "Cənnətim" ifadəsini işlədirmiş. Bu gün Tayfurun sahib olduğu yarımada bölgədəki daşınmaz əmlak agentləri tərəfindən ən azı 12 milyon dollar dəyərində qiymətləndirilir. Yəni bu ərazinin qiyməti ən azı 400 milyon Türkiyə lirəsidir.