Close

Ərdoğan: "Fələstin dövləti mütləq qurulacaq"

Fələstin dövləti mütləq qurulacaq.

TNS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq.

"Qəzza xalqının əziyyətini yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışırıq, diplomatik təmaslarımız davam edir", - Ərdoğan vurğulayıb.