Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
7
16:40 - 04 Yanvar 2025
Ukrayna xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Suriya və Yaxın Şərqdəki vəziyyəti telefonla müzakirə edib.
TNS xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.
"Həmkarım və dostum Hakan Fidanla bugünkü görüşümüzdə ikitərəfli gündəliyi, cəbhədəki vəziyyəti, Qara dənizdəki təhlükəsizlik məsələlərini, Suriya və Yaxın Şərqdəki durumu müzakirə etdik. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün koordinasiyalı səylər barədə razılığa gəldik", - məlumatda qeyd olunub.