TEKNOFEST KKTC-də
Bu il TEKNOFEST yarışması İstanbulla yanaşı, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) də keçiriləcək.
TNS xəbər verir ki, Lefkoşadakı Atatürk Mədəniyyət Mərkəzində bununla bağlı məlumalandırma tədbiri təşkil olunub. Tədbirdə KKTC Milli təhsil naziri Nazım Çavuşoğlu, TEKNOFEST-in baş katibi Muhammet Saymaz, Türkiyənin Lefkoşa səfirliyinin təhsil müşaviri Mithat Tekçam, orta və ailə məktəblərin şagirdləri, tələbələri, müəllimləri iştirak ediblər.
Muhammet Saymaz festivalın gənclərə müsbət təsirinə və texnologiya sahəsində yaratdığı imkanlara diqqət çəkib.
Nazım Çavuşoğlu isə TEKNOFEST-in KKTC üçün əhəmiyyətini vurğulayaraq, məktəblərə və komandalara hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını bildirib.