Ərdoğan: "Tarix Qəzzadakı böhranla bağlı Türkiyənin haqlı olduğunu isbat edəcək"
16
16:57 - 03 Yanvar 2025
“Türkiyə Fələstinin tanınması istiqamətindəki diplomatik səyləri dəstəkləyib və bu yolda öncüllük edib”.
TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il üzrə ixracat göstəricilərinə dair konfransda bildirib.
O, həmçinin Suriyada baş verənlərə toxunaraq, ölkəsinin bu yöndəki mövqeyində də haqlı olacağına inandığını söyləyib:
“Həm daxildən, həm də xaricdən yönələn tənqidlərə rəğmən ölkəmiz Suriya məsələsində haqlı idi. Tarix Qəzzada yaranmış böhran vəziyyəti ilə bağlı da məhz Türkiyənin haqlı olduğunu isbat edəcək”.