Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

Türkiyə şirkətləri Suriyanın elektrik təchizatı ilə məşğul olacaq

Türkiyənin elektrik enerjisi şirkətləri 2025-ci il ərzində Suriyanın elektrik təchizatı məsələləri ilə məşğul olacaq.

TNS “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“EÜAŞ şirkəti (ən böyük dövlət elektrik enerjisi istehsalı şirkəti - red.) 2025-ci ildə Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsi üzərində işləyəcək. EÜAŞ-ın bu sahədə böyük təcrübəsi var. Biz regionda sabitliyin əldə olunmasına çalışacağıq”, – nazir deyib.

Bayraktarın sözlərinə görə, Suriyanın elektrik təchizatında kömək edəcək ikinci şirkət TEİAŞ-dır.

“Biz TEİAŞ-ı daha da gücləndirməyə çalışırıq. Hazırda artırılmış ötürmə qabiliyyəti ilə yeni elektrik enerjisi ötürmə arxitekturasını həyata keçiririk. 2025-ci il TEİAŞ-ın inkişafı üçün mühüm il olacaq. Bu dövr üçün şirkətin mühüm vəzifəsi qonşumuz Suriyanın elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsidir. Bu kontekstdə TEİAŞ da öz beynəlxalq borcunu yerinə yetirəcək”, – o vurğulayıb.