Close

Tarix, təbiət və mədəniyyətin qovuşduğu şəhər

Türkiyənin ən böyük 4-cü şəhəri, Osmanlı İmperatorluğunun ilk paytaxtı kimi böyük tarixi əhəmiyyətə malik Bursa turistlərin son illər ərzində ən çox səfər etdiyi şəhərlərdən biridir.

Bursa meşələrin çoxluğuna görə “Yaşıl Bursa” adlandırılır. 130 il Osmanlıya paytaxtlıq edən şəhərdə altı sultanın məzarı var. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin, onun adını daşıyan mavzoley var. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izləri qalmaqdadır.

Təbiət zənginliyi, bir çox mədəniyyətə ev sahibliyi etməsi ilə Uludağın ətəklərində qurulmuş bir şəhərdir Bursa. Tarixi kimlik və memarlıq baxımından şəhər açıq hava altında muzeyi xatırladır.

Böyük məscid və sosial kompleks

Bursansanın tarixi simvollarından biri olan Ulu məscid I Beyazıt tərəfindən 1396-1400-cü illər arasında tikilib. Osmanlı dövrünün əhəmiyyətli əsərlərindən olan Ulu məscid və külliyesi Bursa şəhərinin mərkəzində Atatürk küçəsində yerləşir. İyirmi günbəzi var.

Bursa qalası

Osmangazi bələdiyyəsinin sərhədləri içərisində olan Bursa qalası şəhərin ziyarət edilməli tarixi yerləri arasındadır. Hisar bölgəsindəki Bursa qalasının inşası e.ə. I əsrə aiddir.

Şəhərə baxan Bursa qalasının divarlarının uzunluğu bu gün ümumilikdə 2 kilometrdir.

Yaşıl kompleks

2014-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən "Bursa və Cumalıkızık: Osmanlı İmperatorluğunun Doğuşu" Dünya İrsi Saytının tərkib hissələrindən biri olan Yaşıl kompleks Yaşıl məscid, mədrəsə, şorbaxana, Yaşıl türbə və mehmanxanalardan ibarətdir.

Yaşıl türbə

Türbə 1421-ci ildə I Beyazıtın oğlu Mehmet Çələbi tərəfindən tikilib. Yaşıl plitələri ilə məşhur olan Yaşıl türbə şəhərin hər yerindən görünür.

Yaşıl məscid

Məscid erkən Osmanlı memarlığının mühüm nümunələrindən sayılır. Kaşı ilə möhtəşəm görkəmi olan Yaşıl məscid Çələbi Mehmet tərəfindən dövlət imarətgahı olaraq tikilib.

Koza Han

Bursanın Han Bölgəsindəki Ulu məscid ilə Orhan məscidi arasında yerləşən Koza Hanın monumental giriş qapısı və həyətində altı çeşmə olan malikanə məscidi şəhərin simvollarından sayılır.

Tophane meydanı

Tophane meydanı adını Ramazan ayında iftar və sahur vaxtlarını bildirmək üçün keçmişdə partladılmış toplardan alır. Tarixi topların, saat qülləsinin, Osman Qazi və Orxan Qazi türbələrinin, müşahidə terasının, Qurtuluş şəhidliyinin, əsrlik çinarların və çay bağlarının yerləşdiyi Tophane Meydanı, Bursansanın ən gözəl müşahidə terraslarına malikdir.

Tophane Saat qülləsi

Osmanlı Sultanı II. Əbdülhəmidin taxta çıxmasının 29-cu ildönümü şərəfinə tikildiyi deyilən qüllə Tophane parkında yerləşir. 6 mərtəbəli və 33 metr uzunluğunda olan bina Bursada Osmanlı dövrü memarlığını əks etdirən mühüm tarixi abidə kimi görünür.

b2

Osman Qazi türbəsi

Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin cənazəsi Tophane parkındakı Osman Qazi türbəsində yerləşir. Orxan bəy 1326-cı ildə Bursanı fəth edərkən atası Osman Qazinin vəsiyyətini yerinə yetirərək atasını “Gümüş günbəz” adlanan tikilidə dəfn edib.