Close

09:47
25 Dekabr 2024

Serdar Ortaçın 3 il həbsi tələb edildi

Müğənni Serdar Ortaç 3 il həbsi tələb edilib.

TNS xəbər verir ki, sənətçinin hakim qarşısına çıxarıldığı məhkəmədə rəy bildirilib.

Prokurorluq gəncləri qanunsuz mərc oyunlarına təşviq edən Serdarın 3 ilə qədər həbsini tələb edib.

Sənətçinin ittiham olunduğu məhkəmədə məşhur şoumen Mehmet Ali Erbilin şahid kimi iştirak etdiyi ortaya çıxıb.

Bu barədə mətbauta açıqlama verən Erbil "Ümid edirəm ki, onun üçün ən yaxşısı olar" sözlərini söyləyib.