Türkiyədə qar uçqunu - 16 yaşlı idmançı öldü
15
18:04 - 21 Dekabr 2024
Ərzurum Palandökən Xizək Mərkəzində qar uçqunu baş verib.
TNS xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Hadisə nəticəsində 4 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Ölən şəxsin cüdo üzrə Türkiyə millisinin 16 yaşlı üzvü Əmrə Yazqan olduğu vurğulanıb.
Məlumata görə, Ə.Yazqanın əkiz qardaşı Yunis Yazqan da hadisə zamanı xəsarət alıb.