Ərdoğan Hakan Fidanın tezliklə Suriyaya gedəcəyini bildirdi
12
15:20 - 20 Dekabr 2024
Yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
TNS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
"Biz onları (Suriyada yeni administrasiyanı) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar”, - Ərdoğan qeyd edib.