Türkiyə qastronomik dayanıqlılıq sahəsində də öncüllərdəndir
Türkiyə Dayanıqlı Turizm Proqramı çərçivəsində kulinariyada da dayanıqlılığa güclü bağlılığını nümayiş etdirir.
Cəmi iki ildə 10 restoran MICHELIN Yaşıl Ulduzuna layiq görülüb və coğrafi işarəli məhsulların sayı artmaqdadır.
Türkiyə zəngin kulinariya irsini müasir ekoloji yanaşmalarla birləşdirərək, qastronomik dayanıqlılıq sahəsində iddialı bir yola qədəm qoyub.
19 000-dən çox təsdiqlənmiş və sertifikatlaşdırılmış yerləşmə obyektləri ilə dayanıqlı turizm sahəsində artıq öncül mövqedə olan Türkiyə qida və içki xidməti göstərən müəssisələr üçün Dayanıqlı Turizm Proqramının yeni modulunu hazırlayır.
10 restoranın MİCHELIN Yaşıl Ulduz mükafatına layiq görülməsi və Türkiyənin coğrafi olaraq, qeyd olunan məhsullarının sayının artması Türkiyənin kulinariya sektorunun da 100% dayanıqlı gələcəyə hazır olduğunu göstərir.
2022-ci ildə Türkiyə, hökumət səviyyəsində Qlobal Dayanıqlı Turizm Şurası (QDTŞ) ilə milli Dayanıqlı Turizm Proqramı hazırlamaq üçün razılaşma imzalayan dünyanın ilk ölkəsi oldu. O vaxtdan bəri, Türkiyə bu proqramı mərhələli şəkildə həyata keçirərək ölkədəki obyektlərin qlobal dayanıqlılıq təcrübələrinə uyğun keçidini təmin edir. Hazırda ölkədə 17,500-dən çox yerləşmə obyektinin uyğunluğu təsdiqlənmiş, 1,300-dən çoxu isə QDTŞ tələblərinə əsasən sertifikatlaşdırılmışdır. Bu cür səylərin nəticəsində Türkiyə qlobal dayanıqlılıq indekslərində lider mövqe qazanıb.
2024-cü ilin Səyahət və Turizm İnkişafı İndeksi (STİİ) nəticələrinə görə, Türkiyə 119 ölkə arasında 29-cu yeri tutub. Bu proqramın uğurla həyata keçirilməsindən sonra Türkiyə turizmin dayanıqlı şəkildə keçidi üçün nümunəvi bir addım ataraq, QDTŞ -nın qida və içki xidmətləri üçün yeni meyarlar dəsti hazırlamasını dəstəkləyir. Bu yeni QDTŞ tələbləri, qida və içki xidmətləri göstərən müəssisələr üçün qlobal dayanıqlılıq standartı kimi xidmət edəcək.
Türkiyənin MICHELIN Yaşıl Ulduz alan restoranlarını bu linkdən izləyə bilərsiniz: https://guide.michelin.com/tr/tr/selection/turkey/restaurants/sustainable_gastronomy
Türkiyənin dayanıqlı kulinariya ənənəsi 81 vilayətdən gələn coğrafi işarəli, yerli və keyfiyyətli məhsullara əsaslanır. Bu məhsullar təbii üsullarla istehsal olunur və yüksək keyfiyyəti ilə tanınır.