Close

Ərdoğan 5 ölkəyə səfir təyin etdi

Türkiyənin 5 ölkədə səfiri təyin edilib.

TNS xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərarlar imzalayıb.

“Resmi Gazete”də dərc olunan qərarlara əsasən, Oğuzhan Ertuğrul Türkiyənin Yaponiyada, Gürsel Dönmez Avstriyada, Bekir Gezer isə Tanzaniyada səfiri təyin edilib.

Ayşe Selcan Şanlı Trinidad və Tobaqo, NATO və Avro-Atlantik Təhlükəsizlik və Müdafiə Baş direktorunun müavini Volkan Öskiper isə Kamerun səfiri təyin olunublar.