Türkiyə Ukraynada ədalətli sülhə nail olmağı vacib hesab edir
10
22:20 - 05 Dekabr 2024
Türkiyə Ukraynada dərhal atəşkəs və ədalətli sülhə nail olmağı vacib hesab edir.
TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının baş tutan iclasının nəticələrinə dair yayılan bəyanatında deyilir.
İclas zamanı beynəlxalq hadisələrin münaqişənin gedişatına mümkün təsirləri dəyərləndirilərək, onun daha dərinləşməsinin qarşısının alınmasının lazım olduğu da vurğulanıb.
Qeyd edək ki, iclas Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.
Əlaqəli xəbərlər
22:28
24 Dekabr 2024