Ərdoğan: "Suriya rejimi hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasda olmalıdır"
12
20:10 - 05 Dekabr 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.
TNS xəbər verir ki, onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.
Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.
O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.
Əlaqəli xəbərlər
22:28
24 Dekabr 2024