Saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17-si ölüb
19
15:05 - 04 Dekabr 2024
İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib.
TNS-in Türkiyə mətbuatına istinadən xəbərinə görə, onlardan 7-si ambulator müalicə üçün evə buraxılıb.
Baş verənlərdən sonra polis Şişli, Beyoğlu, Kağıthane, Esenyurt, Ümraniye, Üsküdar, Sultangazi və Bakırköy rayonlarında xüsusi əməliyyat keçirərək, saxta alkoqollu içkilərin istehsalı və satışını təşkil edən 19 nəfəri saxlayıb.
Məhkəmə onlardan səkkizi barəsində həbs qərarı verib.