Türkiyədə güclü zəlzələ oldu - Dağıntı və tələfat...
621
13:37 - 04 Dekabr 2024
Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.