Ərdoğan monteneqrolu həmkarı ilə regional məsələləri müzakirə edəcək
5
19:00 - 02 Dekabr 2024
Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyədə rəsmi səfərdədir.
TNS xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
Daha sonra prezidentlərin təkbətək görüşü olacaq.
Onlar Türkiyə ilə Monteneqro arasında mövcud əlaqələrin yaxşılaşdırılması üçün görüləcək tədbirlərdən danışacaqlar.
Həmçinin, regional və qlobal məsələlər də müzakirə ediləcək.
Əlaqəli xəbərlər
20:28
02 Dekabr 2024