Close

Türkiyə XİN rəhbəri Suriyada müxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb

Suriyada başlayan münaqişələrin səbəbi 13 ildən çox müddətdə mövcud olan problemlərin həllini tapmamasıdır.

TNS-in verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, müxalifətin tələblərinin heçə sayılması və hökumətin siyasi prosesə səmimi yanaşmaması xəta olub:

“Son olaraq isə, mülki şəxsləri atəşə tutmaları vətəndaş müharibəsini alovlandırdı”.