Yenidən bir arada...
18
21:28 - 01 Dekabr 2024
“Aşk-ı Memnu” serialının “Nihal”ı Hazal Kaya, “Adnan”ı Selçuk Yöntem və “Bihter”i Beren Saat uzun zaman sonra bir araya gəlib.
TNS xəbər verir ki, bu barədə Beren sosial media hesabında paylaşım edib.
Onlar Kenan Doğulunun konsertində görüşüblər.
Qeyd edək ki, aktyorlar sonuncu dəfə fevral ayında Beren Saatın doğum günündə bir araya gəliblər.
Xatırladaq ki, 2008 – 2010-cu illərdə Kanal D-də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (“Bihter”) və Kıvanç Tatlıtuğ (“Behlül”) canlandırıblar.