Close

17:10
30 Noyabr 2024

Fidan: "Türkiyə Hələbdə davam edən qarşıdurmalara qarışmır"

Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin Hələbdə davam edən qarşıdurmalara qarışmadığını bildirib.

TNS-in verdiyi xəbərə görə, bu barədə, o, TRT World Forumunda çıxışı zamanı deyib.

Nazir Suriya sərhədində lazımi tədbirlərin görüldüyünü vurğulayıb: “Yeni miqrant dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”.