Əhaliyə XƏBƏRDARLIQ - Bu şəhərlərdə havadan pis qoxu gələcək
Türkiyədə havanın keyfiyyətinə təsir edən azot dioksid qazı ilə bağlı Meteorologiya İdarəsi xəbərdarlıq edib.
TNS xəbər verir ki, qoxu əsasən İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə hiss olunacaq.
Meteoroloji Baş İdarəsinin açıqlamasına görə xüsusilə şənbə günü xlor qoxusuna bənzər pis qoxunun hiss edilməsi ehtimal edilir.
Azot Dioksid nədir?
Azot dioksid qırmızımtıl-qəhvəyi rəngdə, iti qoxulu və zəhərli qazdır. Əsasən atmosferin yuxarı təbəqələrində kimyəvi reaksiyalar nəticəsində meydana gələn bu qaz, yer səthinə yaxın miqdarlarda təsir gücünü az göstərsə də, yüksək təzyiq şəraitində ətrafa xoşagəlməz qoxu yaya bilir. Bu qaz insan sağlamlığına birbaşa ciddi təhlükə yaratmasa da, pis qoxusu ilə narahatlıq yaradır.