Close

İstanbulda ailə qətliamı: 5 ölü, 2 yaralı...

İstanbulun Büyükçekmece rayonunda Bahadır Aladağ adlı şəxs evdə anasını, atasını, daha sonra isə baldınızı və dostunu qətlə yetirib.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, evdə valideynlərini öldürən Aladağ Esenyurt rayonuna gedərək baldızını, Avcılar rayonunda isə bərbər olan yaxınını öldürüb.

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib.

Aladağ cinayətləri törətdikdən sonra avtomobilində intihar edib.

Faktla bağlı araşdırma aparılır.