Close

Türkiyədə daha 2 bələdiyyəyə qəyyum təyin edilib

Türkiyənin Tunceli və Ovacık bələdiyyələrinə qəyyumlar təyin edilib.

TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tunceli Bələdiyyə Başçısı Cevdet Konak və Ovacık Bələdiyyə Başçısı Mustafa Sarıgül PKK/KCK terror təşkilatına üzv olmaq ittihamı ilə 6 il 3 ay həbs cəzasına məhkum edilib.

Onların yerinə Tunceli valisi Bülent Tekbıyıkoğlu və Ovacık rayon valisi Hüseyn Şamil Sözen qəyyum təyin edilib.