MİT-dən Yaxın Şərqdə əməliyyat- Boz siyahıda olan terrorçu tutuldu
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terrorla bağlı axtarışda olanlar siyahısında boz kateqoriyada yer alan Maoist Kommunist Partiyasının (MKP) üzvü Kadir Çeliki Yaxın Şərq ölkələrindən birində keçirdiyi əməliyyatla yaxalayıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Türkiyəyə qarşı sensasion aksiya axtarışında olduğu müəyyənləşən MKP üzvü Çelik MİT tərəfindən ölkəyə gətirilərək təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Kəşfiyyat araşdırmaları nəticəsində terrorçu Çelikin 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturunda fəaliyyət göstərdiyi müəyyən edilib.
Türkiyədə qeyri-qanuni fəaliyyətindən sonra terrorçu Kadir Çelik 2016-cı ildə Şimali İraqa köçüb. Çelik MKP ilə PKK arasında əməkdaşlıq çərçivəsində İraqın şimalındakı düşərgələrdə "Sui-qəsd təlimi" alıb. 2018-ci ildə Suriya bölgəsinə köçən Çelik Suriyanın şimalında PKK ünsürləri ilə koordinasiyalı şəkildə silahlı fəaliyyətlər həyata keçirib.