Close

22:25
16 Noyabr 2024

Türkiyədə ard-arda iki zəlzələ: dağıntı və təlafat - FOTO

Türkiyənin Rize vilayətində 4,7 maqnitudalı zəlzələ baş verib.

TNS-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Hemşin rayonunda qeydə alınan zəlzələnin ocağı təxminən 12 km dərinlikdə yerləşib.

Bundan əvvəl isə Doğanşehirdə 4,9 maqnitudalı təkanlar qeydə alınıb.

Zəlzələnin yeddi kilometr dərinlikdə baş verdiyi müəyyənləşib. Zəlzələ Adıyaman, Kahramanmaraş, Qaziantep və Şanlıurfa vilayətlərində də hiss edilib.

Xəsarət alan yoxdur, dağıntı qeydə alınmayıb.

Ekran_skli_2024-11-15_133934 Ekran_skli_2024-11-15_133940