Close

21:00
14 Noyabr 2024

Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığa dair səkkiz saziş imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Təmim bin Həməd Əl-Tanini Ankarada Ağ Sarayda qəbul edib.

TNS xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Əl-Tani Türkiyə-Qətər Ali Strateji Komitəsinin 10-cu iclasında iştirak etmək üçün Ankaraya gəlib.

“Biz Qətər əmirini, əziz qardaşım Təmim bin Həmədi və onun nümayəndə heyətini Prezident sarayında qəbul etdik və çox məhsuldar danışıqlardan sonra 8 müqavilə imzaladıq. Dost və qardaş Qətərlə sıx əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, – Ərdoğan “X” sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, görüşdən sonra tərəflər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, rabitə və media, idman, avtomobildə sərnişin və yük daşımaları sahəsində, müdafiə qurumları arasında texniki əməkdaşlığa dair ikitərəfli əməkdaşlıqla bağlı səkkiz saziş imzalayıblar.