Close

Türkiyədə üç partiya birləşir

DEVA, Gələcək və Səadət partiyaları Türkiyə Böyük Millət Məclisində ortaq qrup yaratmaq üçün birləşir.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bütün millət vəkilləri yeni birləşməni təsdiq edərsə, partiya TBMM-də 34 deputatla təmsil olunacaq.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində DEVA Partiyasının 15, Gələcək Partiyasının 10, Səadət Partiyasının isə 9 deputatı var.