Close

23:01
26 Dekabr 2024

“Nağıllar aləminə səyahət” başlayır

Türkiyə bütün fəsillərdə istirahət etmək üçün geniş imkanlara sahib ölkələrdəndir. Qardaş ölkədə yay turizmi qədər qış turzmi də xeyli inkişaf edib. Ölkəyə daha çox turistin cəlb olunması üçün bütün fəsillərdə turizm sahəsində bir çox yenilik təqdim olunur.

Belə yeniliklərdən biri də turistik “Şərq ekspresi” qatarıdır.

TNS xəbər verir ki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 2024-2025 qış mövsümü qatar səyahətlərinin dekabrın 23-də başlayacağını bildirib: “Qatarlar Ankara-Qars-Ankara marşrut xətti üzrə hərəkət edəcək. Ankaradan çıxan qatarlar Ərzincanda 150, Ərzurumda isə 240 dəqiqə dayanacaq və sərnişinlərə bu şəhərləri kəşf etmək imkanı verəcək. Qarsdan qayıdarkən isə İliçdə 210, Divriğidə 150, Sivasda 180 dəqiqə dayanacaq.

Artıq turizm agentlikləri tərəfindən paket tur satışı başlayıb. Fərdi qaydada bilet satışlarına sabahdan start veriləcək. “Şərq ekspresi”nə yüksək tələbat səbəbindən Ərzurum və Qars arasında regional turizm ekspres qatarları xəttə buraxılacaq. “Şərq ekspresi” ilə 60 səfər təşkil olunacaq və gələn il martın 2-də qatarla sonuncu səyahət baş tutacaq”.

q6

Nazir vurğulayıb ki, 160 sərnişin tutumlu qatarlarda səyahət qış turizmi həvəskarlarına unudulmaz anlar yaşadacaq.

Qatarların yataqlı və oturacaqlı olmaqla ikiyə ayrılır. İki nəfərlik otaqlarda səyahət etmək istəyənlər adambaşına ən az 5250 lirə (260 manat) ödəməlidir.