Close

Türkiyədə FETÖ və DHKP-yə qarşı əməliyyat keçirildi

Türkiyənin İzmir və Mersin vilayətlərində FETÖ/PDY terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.

TNS xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 12 nəfər şübhəli qismində saxlanılıb. Daha bir nəfərin axtarışı davam edir.

Başqa bir məlumata görə isə İstanbul vilayətində sol radikal DHKP-C-yə (İnqilabçı Xalq Qurtuluş Pariyası-Cəbhəsi) qarşı da əməliyyat keçirilib. Doqquz fərqli ünvanda təşkil olunan əməliyyat nəticəsində beş nəfər şübhəli saxlanılıb, daha iki şübhəlinin axtarışları davam edir.