Close

Egeydə güclü zəlzələ

Egey dənizində güclü zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yerli vaxtla saat 20.03-də Egey dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 6,45 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.