Close

Nuhun gəmisinin qalıqları Türkiyədədir?

Türkiyənin şərqində, İranla sərhəddə yerləşən Ağrı vilayəti tarixi və təbii gözəllikləri turistlərin diqqətini özünə cəlb edir.

TNS “TRTHaber”ə istinadən xəbər verir ki, adətən yay aylarında şəhərə gələn alpinistlər və təbiət həvəskarları 4 gün ərzində ölkənin ən hündür nöqtəsi olan 5 min 137 metr hündürlükdəki Ağrı dağına qalxaraq, təbiətin qoynunda vaxt keçirirlər.

Ziyarətçilər Doğubəyazit rayonunda UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısında yer alan, Osmanlı yadigarı olan İshak Paşa sarayını ziyarət edərək tarixə səyahətə çıxırlar.

Ölkənin ən hündür göllərindən biri olan və qışda səthi tamamilə buzla örtülən, yazda ətrafı rəngarəng güllərə bürünən Balıq gölü ziyarətçilərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.

Şəhərə gələn yerli və xarici turistlər Diyadin səmtindəki isti bulaqları və Murat kanyonunu, xüsusilə də Doğubəyazit mahalında Ağrı dağının Telçəkər kəndi yaxınlığında Nuhun gəmisinin qalıqlarının yerləşdiyi güman edilən ərazini ziyarət edirlər.