Elektrikli velosiped bomba kimi partladı: 19 yaşlı oğlan öldü - FOTO
40
16:11 - 02 Noyabr 2024
İstanbulun Sarıyer rayonunda dəhşətli hadisə baş verib. Elektrikli velosipedin akkumulyatorunun partlaması nəticəsində bir gənc dünyasını dəyişib.
TNS xəbər verir ki, oktyabrın 24-də 19 yaşlı Mehmet Gökay Odabaş elektrikli velosipedi ilə ətrafda dolaşdıqdan sonra evə qayıdıb.
Velosipedini elektrik enerjisinə qoşub. Səhər saatlarında dolan akkumulyator qəfildən partlayıb.
Bu zaman yuxuda olan Odabaş qatı tüstüyə məruz qalaraq huşunu itirib. O, xəstəxanaya aparılsa da, ötən gün orada dünyasını dəyişib.
Onun orqanları ailəsi tərəfindən bağışlanıb.