Close

09:48
29 Aprel 2025
09:32
29 Aprel 2025
09:07
29 Aprel 2025

Ərdoğanın “Gökbey”in üzərinə yazdığı söz diqqət çəkdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli və milli helikopter “GÖKBEY”in təhvil vermə mərasimində iştirak edib.

TNS xəbər verir ki, Ərdoğan helikopterin üzərinə Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) terror hücumunda şəhid olan mühəndis Zahide Güçlü Ekicinin adını yazıb.

Prezident Ərdoğan Cümhuriyyətin 101-ci ildönümündə bu mənalı mərasimdə iştirak etməkdən çox məmnun olduğunu söyləyib və TUSAŞ-da törədilən xain terror aktında şəhid olan 5 nəfərə Allahdan rəhmət diləyib.

Xatırladaq ki, oktyabrın 23-də PKK tərəfindən Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) silahlı hücum olub. Hadisə nəticəsində  5 nəfər ölüb, 22 nəfər yaralanıb.