Close

22:20
23 Oktyabr 2024

Ərdoğan terror hücumu ilə bağlı Rusiya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Rusiya səfərini yarıda qoyaraq ölkəyə qayıdacaq.

TNS-in verdiyi xəbərə görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Prezident Ərdoğanın sabah yerli vaxtla saat 11:20-də Tatarıstanın paytaxtı Kazandan yola düşəcəyi gözlənilir.