Close

22:20
23 Oktyabr 2024

Şərqi Anadolu bölgəsi: mədəniyyət və turizm cənnəti

Şərqi Anadolu Türkiyənin geniş əraziyə malik ən yüksək bölgəsidir. Zəngin tarixi irsi, bənzərsiz təbii gözəllikləri və köklü mədəni ənənələri olan bölgə xüsusilə qış idman növləri, mədəni turizm, təbiət turizmi və qastronomiya sahələrində geniş potensiala malikdir.

Mədəniyyət və tarix

Şərqi Anadolu minillik tarixə malik sivilizasiyaların izlərini daşıyır. Bölgədəki tarixi binalar təkcə Türkiyənin deyil, dünyanın mədəni irsinin mühüm bir parçasıdır.

Ani xarabalıqları (Qars): UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Ani "Min bir kilsə şəhəri" kimi tanınır. Erkən xristian quruluşları və İslam memarlığı bölgədə əsrlər boyu bir yerdə yaşayan mədəniyyətlərin əksidir.

Nemrut dağı (Adıyaman-Malatya sərhədi): Nəhəng heykəlləri və tanrı təsvirləri ilə məşhur olan Nemrut dünyanın səkkizinci möcüzəsi kimi tanınır. Bir çox turist günəşin doğuşunu və qürubunu izləmək üçün əraziyə gəlir.

Təbii gözəlliklər və qış turizmi

Türkiyənin ən yüksək dağlarına və geniş yaylaqlarına sahib lan bölgə qış turizmi üçün əvəzedilməz məkandır:

Qastronomiya mədəniyyəti

Şərqi Anadolu Bölgəsi zəngin tarixi, coğrafi müxtəlifliyi və etnik quruluşu ilə bənzərsiz bir mətbəx mədəniyyətinə malikdir.  Bölgə qastronomiyası ət yeməkləri, süd məhsulları, ənənəvi xəmir məmulatları və yerli bitkilərdən hazırlanan təamlarla seçilir. Əsrlər boyu davam edən köçəri həyat tərzi və heyvandarlıq xörəklərin əsas elementlərini müəyyən edib.

Şərqi Anadolu Bölgəsi sərt iqlimi ilə uyğun gələn yeməkləri ilə seçilir. Çağ kababı və qovrulmuş ət bölgənin məşhur ət yeməklərindəndir. Qars kaşarı, Van otlu pendiri kimi pendirlər mətbəxin zənginliyindən xəbər verir.

Xəmir xörəkləri arasında yayla şorbası və əvəlik dolması təbii və yüngül seçimlər, şirniyyatlar arasında isə dolma kadayıf bayram süfrələrinin vaz keçilməz hissəsidir. Bölgə qastronomiya festivalları və Şərq Ekspresi marşrutu ilə turistləri cəlb edir. Şərqi Anadolu mətbəxi təkcə dadın deyil, həm də mədəniyyətin və qonaqpərvərliyin əksidir.