Close

22:20
23 Oktyabr 2024

"Terror ünsürlərinə qarşı mübarizəmizi davam etdirəcəyik"

“Biz daxildə və xaricdə bütün terror ünsürlərinə və onları qidalandıran qüvvələrə qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik”.

TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan TUSAŞ-a qarşı hücuma dair açıqlamasında bildirib.

“Önümüzdəki dövrdə milli müdafiə imkanlarımızı gücləndirməyə davam edəcəyik və Türkiyəni hədəf alan qrupların və onların dəstəkçilərinin ölkəmizlə bağlı məqsədlərinə çatmasına əsla imkan verməyəcəyik”,- deyə nazir vurğulayıb.