Close

22:20
23 Oktyabr 2024

Nazir TUSAŞ-a qarşı terror hücumunu hansı təşkilatın həyata keçirdiyini açıqlayıb

TUSAŞ-a qarşı terror hücumunu PKK terror təşkilatının üzvləri həyata keçirib.

TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik və edilənlərin acısını ikiqat artıracağıq, bunu hamı görəcək.”, - deyə o jurnalistlərə açıqlamasında deyib.