Close

Əmrah oğlu ilə duet oxudu - FOTO

İllərdir, böyük oğlu Tayfunla görüşməkdən imtina edən türkiyəli müğənni Əmrah son konsertində kiçik oğlu Elyesanı da səhnəyə çıxarıb.

TNS xəbər verir ki, kiçik oğlunu "Balaca Emrah" kimi təqdim edən müğənni onunla duet oxuyub.

Qeyd edək ki, Əmrah özəl həyatı ilə də tez-tez gündəmə gəlir. O, Ebru Çolakdan olan oğlu Tayfunla görüşməsə də, digər övladlarına şəfqətini əsirgəmir. Onun bu hərəkəti sosial mediada sərt tənqid olunur.