Ankarada teror hücumu olub - 3 nəfər ölüb, 14 nəfər yaralanıb - YENİLƏNİB/VİDEO
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
TNS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
18:26
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
TNS-in verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Qeyd edək ki, Türkiyə Respublika Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
17:35
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.
TNS-in verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.
17:11
Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.
TNS-in verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.
"Sabah" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.