Close

Ankarada teror hücumu olub - 4 nəfər öldü, 14 nəfər yaralandı - YENİLƏNİB/VİDEO

Ankarada terror aktı nəticəsində 4 ölənlərin sayı 4 nəfərə çatıb.

TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan terror aktı barədə danışarkən deyib.

18:54

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

18:26

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

TNS-in verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Qeyd edək ki, Türkiyə Respublika Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

17:35

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.

TNS-in verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.

17:11

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

TNS-in verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"Sabah" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.