Close

Hakan Fidan: "Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır"

Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır.

TNS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz müharibənin diplomatiya yolu ilə həllində maraqlıyıq. Müzakirələr bütün tərəflərin iştirakı ilə baş tutmalıdır".