Close

Ukraynanın xarici işlər naziri 21-22 oktyabrda Türkiyədə olacaq

Ukraynanın xarici işlər naziri Andriy Sibiha 21-22 oktyabrda Türkiyədə rəsmi səfərdə olacaq.

TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.

Qeyd olunub ki, Türkiyə xarici işlər naziri Halan Fidanın ukraynalı həmkarı ilə keçirəcəyi görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.