Close

Türkiyədə yenidən güclü zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətinin Dulkadiroğlu rayonunda zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

4.4 maqnitudalı zəlzələ ocağının dərinliyinin 10,53 km olduğu bildirilib.

Dağıntı və itki barədə məlumat verilməyib.