Close

23:24
18 Oktyabr 2024
21:48
18 Oktyabr 2024
21:07
18 Oktyabr 2024

Türkiyənin kurort bölgəsində otel yandı

Türkiyənin Antalya vilayətinin Kəmər rayonunda oteldə yanğın baş verib, orada istirahət edənlərin hamısı obyektdən çıxarılıb.

TNS xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın Kəmərin Beldibi bölgəsindəki bir oteldə baş verib. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Türkiyənin “Dəmirörən” agentliyinin yerli hakimiyyət nümayəndələrinə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.