Close

16:55
18 Oktyabr 2024

Türkiyə hərbçiləri Suriyanın şimalında daha üç terrorçunu öldürüb

Türkiyə hərbçilərinin Suriyanın şimalında “Fırat kalkanı” bölgəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

TNS xəbər verir ki, məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində yayılıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bölgənin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatı davam etdirir.