Close

14:05
18 Oktyabr 2024

Hakan Fidan: "Türkiyə Gürcüstanı “3+3” platformasının işinə qoşulmağa çağırır"

Türkiyə Gürcüstanı regional, o cümlədən Cənubi Qafqazın problemlərinin birgə həlli yollarını tapmaq üçün “3+3” platformasının işinə qoşulmağa çağırır.

TNS xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XİN başçılarının "3+3" formatında keçirilən görüşünün açılışında çıxışı zamanı bildirib.

H.Fidan qeyd edib ki, 3+3 məşvərət platforması region ölkələrinə əməkdaşlıq imkanlarını qiymətləndirmək fürsəti verir.

“Bu əməkdaşlıq mexanizminin yaradılması ideyası üçtərəfli bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da) qəbul edilməsindən bir neçə həftə sonra yaranıb. Bu platformanın məqsədi regional, o cümlədən Cənubi Qafqazın problemlərinin birgə həlli yollarının tapılmasını təmin etməkdir. Təəssüf ki, region ölkələrindən biri burada təmsil olunmayıb, buna baxmayaraq, platforma hələ də “3x3” adlanır. Bir daha vurğulamaq istəyirəm ki, yaxın qonşumuz və dostumuz Gürcüstanın bu platformada həmişə yeri olacaq, onlar hər zaman qoşula bilərlər”, – türkiyəli nazir vurğulayıb.