Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Zəlzələyə görə 21 məktəbdə dərslər dayandırıldı

Türkiyənin Malatya vilayətində ötən gün baş verən 5,9 bal gücündə zəlzələ ilə əlaqədar 21 orta məktəbə ziyan dəyib.

TNS xəbər verir ki, bu səbəbdən həmin məktəblərdə sabah dərs olmayacaq. Vilayət rəhbərliyinin qərarına əsasən, məktəblərdə yoxlama aparılacaq, təhlükəli vəziyyət olmasa, gələn həftə dərslər bərpa ediləcək.