Close

Yaşar Güler britaniyalı həmkarı Con Healey ilə görüşüb

Türkiyə milli müdafiə naziri Yaşar Güler Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə görüşüb.

TNS-in verdiyi xəbərə görə, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, görüş ​​NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində baş tutub.