Close

Almaniya kansleri Türkiyədə Ərdoğanla görüşəcək

Almaniya kansleri Olaf Şolts oktyabrın 19-da Türkiyəyə səfər edəcək.

TNS xəbər verir ki, onun İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Liderlər ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə edəcəklər.

Görüşdən sonra mətbuat konfransı da təşkil ediləcək.

Qeyd edək ki, onlar son dörd ayda üçüncü dəfə görüşəcəklər.